Bayden onun 38 il əvvəlki fotosunu göstərdi - Foto

bayden-onun-38-il-evvelki-fotosunu-gosterdi
Oxunma sayı: 5270

ABŞ Prezidenti Co Baydenin 15 noyabrda Çinə səfəri zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden həmkarı Si Cinpinə 38 il əvvəl ABŞ-yə səfəri zamanı çəkilən fotosunu göstərib.

Bayden Cinpinə “Bu gənci tanıyırsan?” deyə soruşub.

Çin lideri “Bu, 38 il əvvəl idi. Ayova ştatında Dvorçaklarda qaldım. Bu, mənim amerikalılarla ilk üz-üzə ünsiyyətim idi. Onlarla keçirdiyim günlər unudulmazdır. Mənim üçün onlar Amerikanı təmsil edirlər”, - deyə Si Cinpin bildirib.