“Bayer”in Bakıda açıq məşqi və mətbuat konfransı olmayacaq

bayerin-bakida-aciq-mesqi-ve-metbuat-konfransi-olmayacaq
Oxunma sayı: 1346

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Bakıda oyundan əvvəl açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.