Bayram namazı 2 gün qılınacaq

bayram-namazi-2-gun-qilinacaq
Oxunma sayı: 11599

Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da və 11-də qılınacaq.

Bunu “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib. 

O, bayram namazının qılınma saatını da açıqlayıb:

“Bayram namazı məscidlərdə saat 8:00-9:00 aralığında qılınacaq. Aprelin 10-da bayram namazında iştirak edə bilməyənlərin aprelin 11-də iştirak etmək imkanı olacaq”.

Gülnar Əliyeva