48 yaşlı qadın qətlə yetirildi - Şübhəli oğludur

48-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 1081

Gəncədə qadın qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncədə məcburi köçkünlər üçün yeni salınmış Qəsəbədə baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb.

Qadının ölümündə oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev