“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.
Bu barədə “Qafqazinfo”ya Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Millimizin üzvünün əvvəllər əməliyyat olunan ayağında yenidən problem yarandığı üçün həkimlər təkrar əməliyyat lazım olduğunu bildiriblər.
B.Mustafazadənin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.
Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir.
Son xəbərlər
Son Xəbərlər