Bəhram Bağırzadə xəstəxanadan foto paylaşdı

behram-bagirzade-xestexanadan-foto-paylasdi
Oxunma sayı: 15912

Uzun müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadə instaqramda paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor xəstəxanadan foto yerləşdirərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Hələ ki, çəkə bildiyim bu qədər oldu”.

Qeyd edək ki, Əməkdar artist sosial şəbəkədəki sonuncu postu 12 iyun tarixində yerləşdirilmişdi. 

Xatırladaq ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən aktyorun ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.