“Belə bir fikir olsa, dəstəkləyərəm” - Video

bele-bir-fikir-olsa-destekleyerem
Oxunma sayı: 3795

“Qurban Qurbanov tarixi bir şəxsiyyətdir. O, Azərbaycan futbolu tarixində heç vaxt adı silinməyəcək böyük bir insandır. Eşitməmişəm, amma belə bir fikir olsa, dəstəkləyərəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ” – “Çelsi” oyunundan sonra Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl jurnalistin “Azərsun Arena”nın adı Qurban Qurbanov adına stadion olmalıdır?” sualını cavablayarkən deyib.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesabı ilə bərabərliyə razılaşıb.