Jurnalistlərə balta hədiyyə etdi - Video

jurnalistlere-balta-hediyye-etdi
Oxunma sayı: 660

Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında keçirilən V Odun Yarma Çempionatının qaliblərinə üzərində imzası olan balta və iş əlcəkləri hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışın qalibi 36 rəqibini geridə qoyan “VoenTV” teleşirkətinin komandası olub. Komandanın üzvləri fərdi yarışlarda, o cümlədən “Prezident üsulu ilə”, “Bir zərbə ilə” və kişilər arasında odunyarma kateqoriyalarında da mükafatlı yerlər tutublar.

Belarus Prezidentinin mətbuat xidmətinə aid olan “Pul Pervoqo” teleqram kanalı isə Lukaşenkonun qaliblərə hədiyyə edilən baltadan istifadə edərək odun yardığı görüntüləri yayımlayıb.

“Jurnalistlər bilsinlər ki, işləyən təkcə onlar deyil”, – deyə Lukaşenko videoda bildirib.