Belqorodda Ukrayna PUA-sı vurulub

belqorodda-ukrayna-pua-si-vurulub
Oxunma sayı: 1171

Rusiyanın Belqorod vilayətində Ukraynaya məxsus PUA vurulub.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Rusiyanın Belqorod şəhərinə yaxınlaşan Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib.

Belqorod qubernatoru Vyaçislav Qladkov məsələ ilə bağlı teleqram hesabında paylaşım edib:

“Belqorod vilayətinin Belqorod rayonunda hava hücumundan müdafiə sistemi şəhərə yaxınlaşan təyyarə tipli PUA-nı vurub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vəziyyəti yerində araşdırır”.

Qladkov bildirib ki, hücum nəticəsində iki bağı olan evə ziyan dəyib.