Ermənistan seçkiləri saxtakarlıqla keçirdi

ermenistan-seckileri-saxtakarliqla-kecirdi
Oxunma sayı: 688

Son məlumata görə, Ermənistan parlamentinə seçkilərdə seçicilərin 62,33%-i iştirak edib. Ekzit-polların nəticələrinə görə, seçkilərdə iqtidar Ermənistan respublika partiyası 44,44%, “Çiçəklənən Ermənistan” - 28,81%, erməni milli konqresi - 6,33%, “Orinats yerkir” partiyası - 6,16%, “İrs” partiyası - 5,92%, “Daşnaktsutyun” partiyası isə 5,18% səs yığıb. Seçkilərdə cəmi səkkiz partiya və bir seçki bloku iştirak edib.

Seçkilərin nəticələri haqqında qəti qərar səsvermə günündən yeddi gün sonra qəbul ediləcək. Ermənistanın baş prokurorluğu ölkədə keçirilən parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının xeyrinə səslərin satın alınması faktı ilə bağlı cinayət işinə başlayacaq. Bazar günü səhər saatlarında seçki məntəqələrinin birində səslərin satın alınmasında şübhəli bilinən bir şəxs saxlanılıb ki, çantasında seçicilərin adları olan dəftərlər və 380 min dram, cibində isə 127 dram aşkar olunub.

Hazırda rüşvət alan iki şəxs artıq müəyyən edilib. Ümumilikdə səhər yerli vaxtla saat 8-dən seçki məntəqələri işə başlayandan kütləvi informasiya vasitələri və internet sosial şəbəkələrində seçki əsnasında çoxsaylı pozuntulara yol verildiyi haqqında məlumatlar yayılmağa başlayıb. Şikayətlər, əsasən, seçki qutularına əlavə bülletenlər atılması, təkrar səsvermə və rüşvət paylanma halları ilə bağlıdır.müxalifət nümayəndələri pozutuların kütləvi xarakter daşıdığını və qabaqcadan düçünülmüş plan üzrə gerçəkləşdirildiyini bildirirlər.ermənistan parlamentində 131 millət vəkili yeri üçün 8 partiya və bir partiyalar bloku mübarizə aparır. Milli məclisə daxil olmaq üçün partiyalar seçicilərin 5 faizinin, bloklar - 7 faizinin səslərini qazanmalıdır.

anspress