Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı daha bir əməliyyat həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” qəzeti məlumat yayıb.
Əməliyyat nəticəsində 25 nəfər, o cümlədən daha əvvəl həbs edilmiş Etimesqut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlunun müavinləri - Fikret Gözüoğlu və Gültekin Bayındır saxlanılıb.
Dövlət qulluqçularının saxlanılması ilə bağlı əməliyyatın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, bu, Etimesqut Bələdiyyəsinə qarşı keçirilən ilk əməliyyat deyil. Daha əvvəl, bu il iyulun 30-da keçirilmiş korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla, 55 nəfər saxlanılıb. Onlardan 38 nəfəri bələdiyyə işçisi, 18 nəfər şirkət rəsmisi olub.
Son xəbərlər
Son Xəbərlər