Beyləqanda hərbi qulluqçu yaşadığı evdə ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Qərib Qəribov şəhər ərazisində kirayə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Bildirilir ki, mərhum əslən Şəkidəndir. O, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi Beyləqana yeni təyinat alıbmış.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanli
Son xəbərlər
Son Xəbərlər