Beyləqandakı yanğın söndürüldü - Fotolar - Yenilənib

beyleqandaki-yangin-sonduruldu
Oxunma sayı: 1088

Beyləqanda genişmiqyaslı yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, küləkli hava şəraitində kolluq ərazidə başlayan yanğın rayonun Eyvazalılar Tatarlar kənd ərazisndə yerləşən meşə massivinə keçib.

Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşlarının bölüyünün avtomobilləri tam heyətlə hadisə yerinə cəlb edilib.

Məlumata görə, yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən bölməsinin də cəlb olunması planlaşdırılır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanğın baş verən əraziyə polis əmədaşları cəlb olunmaqla xidmət aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin  Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Ziya Əmirxanlı