Biləsuvarda “Niva” “Mersedes”lə toqquşdu - Ölən var-Video-Fotolar

bilesuvarda-niva-mersedesle-toqqusdu
Oxunma sayı: 1205

Biləsuvarda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mersedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mersedes” markalı avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Mersedes” markalı avtomobilin sərnişini dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov