Bill Qeytsin 43 milyon dollarlıq yeni malikanəsi - Fotolar

bill-qeytsin-43-milyon-dollarliq-yeni-malikanesi
Oxunma sayı: 3651

Bill və Melinda Qeyts ailəsi martın sonlarında Kaliforniyanın San-Dieqo Kauntidəki prestijli Del Mar sahil qəsəbəsində 43 milyon dəyərində bir malikanə alıb.

“Qafqazinfo” “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, ümumi sahəsi 538 kvadrat metr olan villada 6 yataq otağı, 4 vanna otağı, mozaika ilə bəzədilmiş hovuz, okean mənzərəsi və suya birbaşa çıxışı olan geniş teras, həmçinin 2 qonaq evi var.

Qeyd olunur ki, malikanənin əvvəlki sahibi, neft maqnatı Tomas Bun Pikens daşınmaz əmlakı 2007-ci ildə 48 milyon dollara alıb.