“Birbank”lılar yenə “Kontakt”ı seçdi - Altıncı il ard-arda

birbanklilar-yene-kontakti-secdi
Oxunma sayı: 625

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən “Kontakt” 2025-ci ili də uğurla başa vuraraq lider mövqeyini qoruyub saxlayıb. Belə ki, şəbəkə “Birbank” taksit kartı üzrə ilin ən çox dövriyyə edən partnyoru adına layiq görülüb. Bununla da, artıq ardıcıl 6-cı ildir ki mükafatı qazanan “Kontakt” bu sektorda adını ənənəyə çevirməyi bacarıb.

Uzunmüddətli və stabil nəticələrin göstəricisi olan bu uğur “Kontakt”ın bazardakı liderliyinin təsadüfi deyil, illər üzrə qurulmuş sistemli fəaliyyətin nəticəsi olduğunu göstərir.

Alış-verişi hamı üçün rahat və əlçatan etməyi hədəfləyən şəbəkə “Birbank” istifadəçilərini də xüsusi imkanlar, üstünlüklərlə sevindirir. Belə ki, hal-hazırda kampaniya çərçivəsində “Birbank” taksit kart sahibləri “Kontakt” mağazalarındankontakt.az onlayn platformasından müxtəlif məhsulları 50%-dək endirimlə əldə edə, eyni zamanda ödənişlərini faizsiz şərtlərlə 18 aya bərabər hissələrə bölə bilərlər.

Xatırladaq ki, “Kontakt” Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 5 mağaza olaraq fəaliyyət göstərir. Həmçinin, “Kontakt” Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.