“Vasitəçilik bu münaqişəni alovlandıranlara yönəlməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Onlara cavabımız aydındır: biz regionda davamlı sülhə sadiqik, lakin xalqımızın ləyaqətini və suverenliyi tərəddüd etmədən müdafiə edirik. Vasitəçilik İran xalqını lazımınca qiymətləndirməyənlərə və bu münaqişəni alovlandıranlara yönəlməlidir”, - paylaşımda deyilir.
Son xəbərlər
Son Xəbərlər