Blinken gələn həftə İsrailə gedəcək

blinken-gelen-hefte-israile-gedecek
Oxunma sayı: 1346

ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə İsrailə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsindən sonra Blinkenin yəhudi dövlətinə dördüncü rəsmi səfəri olacaq.

Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamenti rəhbərinin səfəri gələn həftə baş tutacaq.