BMT İranla bağlı qətnaməni təsdiqlədi

bmt-iranla-bagli-qetnameni-tesdiqledi
Oxunma sayı: 2385

BMT Baş Assambleyasının komitəsi İranı qadın və qızlara qarşı ayrı-seçkilik, təqiblərə və bir sıra digər insan hüquqlarının pozuntularını nəzərdə tutan qətnaməni təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.

78-ci Baş Assambleyanın Üçüncü Komitəsi “İran İslam Respublikasında insan haqlarının vəziyyəti” adlı qətnaməni 80 lehinə, 29 əleyhinə səslə təsdiqləyib.

Digər 65 ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, Misir və Cənubi Afrika bitərəf qalıb.

Rusiya, Belarus, Suriya və Şimali Koreya da daxil olmaqla bir çox ölkə isə əleyhinə səs verib.