BMT Təhlükəsizlik Şurası İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə bağlı iclas keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, hücumdan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər:
“İranlıların məktubundan sonra isə biz açıq iclasını tələb etdik. İclas aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a planlaşdırılıb”.