Bu agentliklərdə yeni təyinatlar oldu

bu-agentliklerde-yeni-teyinatlar-oldu
Oxunma sayı: 7403

Elm və Təhsil Nazirliyi yanında yeni fəaliyyətə başlayan Məktəbəqədər və Ümumi Təhsil və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar olub.

Bu barədə “Qafqazinfo”ya Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, Pərviz Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri, Zenfira Sevdimalı isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi təyin olunub.