“Bu, Amerika üçün böyük bir gün olacaq” - Tramp

bu-amerika-ucun-boyuk-bir-gun-olacaq
Oxunma sayı: 411

ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinin yaxın gələcəkdə bağlanacağını iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Açıq-aşkar görünən yaxın gələcəkdə “The New York Times” öz çirkli qapılarını bağlamağa məcbur olacaq və bu, Amerika üçün böyük bir gün olacaq”,- deyə Tramp qeyd edib.

Prezidentin sözlərinə görə, NYT ölkənin süqutunu istəyən dəlilərə xidmət edən korrupsiyalaşmış nəşrdir. O, etibarın itməsi səbəbindən qəzetin tirajının kəskin aşağı düşdüyünü vurğulayıb.