Bu ay 209 dönərxanada monitorinq aparılıb

bu-ay-209-donerxanada-monitorinq-aparilib
Oxunma sayı: 981

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, AQTA dönər hazırlanan müəssisələrdə aparılan nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib. Xatırladaq ki, bu ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.