Prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə açılışda Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Əvəzinə yoldakı işlər haqda prezidentə “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov məlumat verib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, bir qayda olaraq yol açılışlarında hər zaman Z. Məmmədov iştirak edib. Son vaxtlar hakimiyyət tərəfindən Məmmədovlara qarşı olan etimadsızlıq artıq özünü aşkar şəkildə göstərməkdədir. Bundan əvvəl Bakıda qolf meydançasının açılışına Qolf Federasiyasının prezidenti, Z. Məmmədovun oğlu Anar Məmmədov da çağırılmmışdı.
Həm Z. Məmmədovlu, həm də onsuz keçirilən yol açılışlarından bir neçə foto təqdim edirik.





Son xəbərlər
Son Xəbərlər