Bu ərazilər də İsrailin nəzarətinə keçdi

bu-eraziler-de-israilin-nezaretine-kecdi
Oxunma sayı: 2777

İsrail Müdafiə Ordusu Qəzza şəhərinin qərbini nəzarətə alaraq əməliyyatın növbəti mərhələsinə keçib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, son 24 saatda Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsi başa çatdırılıb:

“Ordumuz artıq növbəti mərhələyə keçdi. Əməliyyatları çox qətiyyətlə davam etdiririk”.

Xatırladaq ki, iki gün öncə isə İsrail hərbçiləri Qəzza şəhəri və Qəzza zolağının şimal hissəsinə nəzarəti ələ keçirib.