“Bu gözəl jest ABŞ-Azərbaycan tərəfdaşlığının güclü xarakterini göstərir” - Foto

bu-gozel-jest-abs-azerbaycan-terefdasliginin-guclu-xarakterini-gosterir
Oxunma sayı: 1111

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi ötən gün Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rənglərində işıqlandırılması ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında bununla bağlı foto yayımlanıb.

Qeyd olunub ki, bu jest ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri münasibətilə edilib.

“Bu gözəl jest ABŞ-Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı rifaha olan ortaq sadiqliyimizin güclü rəmzidir”, - paylaşımda qeyd olunub.