Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək

bu-gun-azerbaycandan-ermenistana-4500-ton-dizel-gonderilecek
Oxunma sayı: 354

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, həmin həcmdə dizel yanacağı bu gün dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.