Məğlubiyyəti həzm edə bilməyib söz atdı - Video

meglubiyyeti-hezm-ede-bilmeyib-soz-atdi
Oxunma sayı: 495

Xəbər verdiyimiz kimi, 2026-cı il Dünya Çempionatının yarımfinalında İngiltərə və Argentina yığmaları üz-üzə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, gərginliyi son saniyəyədək pik həddə çatan qarşılaşma Argentinanın 2:1 hesablı dramatik qələbəsi və adını finala yazdırması ilə başa çatıb.

Qeyd edək ki, hakimin final fitindən sonra meydanda əsəblərini cilovlaya bilməyən ingilis və argentinalı futbolçular arasında dava düşüb.

Xüsusilə İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers ilə Argentinanın hücumçusu Lautaro Martinez arasındakı sərt söz davası ətrafdakıların müdaxiləsi ilə yatırılıb. 

Həmin anların əks olunduğu görüntülər isə qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.