Bu gün dənizə gedənlərin nəzərinə!

bu-gun-denize-gedenlerin-nezerine
Oxunma sayı: 472

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.