Bu il Kərkicahana ilk köç olacaq

bu-il-kerkicahana-ilk-koc-olacaq
Oxunma sayı: 1880

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.