Bu ölkə ABŞ-dən ilk dəfə qaz alacaq

bu-olke-abs-den-ilk-defe-qaz-alacaq
Oxunma sayı: 2035

Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dən maye qaz alacaq.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov yerli televiziyaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerika maye qazını daşıyan gəmi artıq Yunanıstanın Aleksandrupolis limanına gəlib və Moldova qazın boşaldılmasından sonra ilk alıcılardan birinə çevriləcək.

Nazir qeyd edib ki, ABŞ qazının qiyməti 1000 kubmetr üçün təxminən 30 avro təşkil edəcək.