Bu ölkələr ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır

bu-olkeler-abs-ve-irani-yeniden-danisiqlar-masasina-qaytarmaga-calisir
Oxunma sayı: 306

Pakistan və Qətər iki ölkə arasında münasibətlərin pisləşməsindən sonra ABŞ və İranı danışıqlar masasına qaytarmağa çalışırlar.

“Qafqazinfo” xəbər verir ki, CNN bu barədə regiondakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı, iyulun 8-nə keçən gecə ABŞ ordusu İrana qarşı bir sıra hücumlar həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığı bu addımın Hörmüz boğazından keçən ticarət gəmilərini hədəf alan İran hərəkətlərinə cavab olaraq atıldığını açıqlayıb.