ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.
O, Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar qəbul edildiyini bildirib.
“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-nin milli və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir”, - Rubio vurğulayıb.
Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.