“Qalatasaray”dan növbəti qələbə

qalatasaraydan-novbeti-qelebe
Oxunma sayı: 1496

Türkiyə Super Liqasında 31-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb. Matç qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Yunus Akgün (14) və Viktor Oşimen (46) vurub.

Bu qələbə ilə lider “Qalatasaray” xallarının sayını 74-ə çatdırıb.