Qubada torpaq sürüşməsi - Fotolar

qubada-torpaq-surusmesi
Oxunma sayı: 1736

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Yerli sakinlərin sözlərinə görə, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.

Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü sürüşmə 2010-cu ilin aprelində baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.