Hakan Fidan Lavrovla görüşüb

hakan-fidan-lavrovla-gorusub
Oxunma sayı: 791

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Görüş IV Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli münasibətlər dəyərləndirilib, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səyləri ilə bağlı məsələlər, Suriya və Qəzzadakı son vəziyyət müzakirə edilib.