İsmayıllı rayonunda su arxından kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tircan kəndində baş verib.
Ölən şəxsin 1955-ci il təvəllüdlü Misirxan Nəsirov olması müəyyən edilib.
Bildirilib ki, M.Nəsirovun oğlu bir neçə il əvvəl vəfat edib və bundan sonra onda psixoloji problemlər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər