“Milan”dan darmadağın - Video

milandan-darmadagin
Oxunma sayı: 1686

İtaliya A Seriyasında 32-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış matçında “Udineze” doğma meydanda “Milan”ı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 51-ə yüksəldən “Milan” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 40 xalı olan “Udineze” isə 11-ci yerdədir.

Udineze - Milan 0:4

Qollar: Rafael Leao, 42, Strahinya Pavloviç, 45, Teo Ernandes, 74, Ticani Reynders, 81