“Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video

korogluda-taksi-asdi-yaralanan-var
Oxunma sayı: 7453

Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.

Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

***

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə saat 06:10 radələrində Nizami rayonu Heydər Əliyev prospektində baş verib:

“JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 06:00 radələrində metronun “Koroğlu” stansiyası yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı şəxs (qadın cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Görüntüləri təqdim edirik: