Bu qadınlardan biri təkər təmir edir, digəri satır - Video

bu-qadinlardan-biri-teker-temir-edir-digeri-satir
Oxunma sayı: 3173

Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, digəri satır, o biri isə hesab-kitab işlərini görür.

“Qafqazinfo” xəbər verir ki, Xəzər Televiziyası bu 3 xanım haqqında süjet hazırlayıb.

Məlum olub ki, bu xanımlar 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar. İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla da məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub. Ona görə 16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.

Daha ətraflı videoda: