Bu şəhərdən Bakıya birbaşa uçuşlar açıla bilər

bu-seherden-bakiya-birbasa-ucuslar-acila-biler
Oxunma sayı: 751

Bratislavadan Bakıya birbaşa uçuşlar açıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı söyləyib:

“Azərbaycan və Slovakiya dost ölkələrdir. Bizim aramızda daha sıx əlaqələr ola bilər. Şadam ki, Macarıstanın “Wizz Air” şirkəti fəal şəkildə bizim ölkələri birləşdirir, uçuşları artırır. Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər. Çünki bu, dinamik inkişaf edən iki regiondur və bu da bizim müzakirə mövzumuz olmuşdur”.