Bu yollarda hərəkət məhdudlaşdırılır

bu-yollarda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 2842

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin   “20 yanvar” istiqamətindən  “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.  

AAYDA-dan “Qafqazinfo”ya verilən məlumata görə, alternativ olaraq sürücülər  Ziya Bünyadov prospektinin o cümlədən  Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.