Bu yollarda tıxac var - Sürücülərin nəzərinə

bu-yollarda-tixac-var
Oxunma sayı: 452

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda tıxac var:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.