“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi bu raundda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
İsrail təmsilçisi 3-cü təsnifat mərhələsinin hər iki oyununda Serbiyanın iddialı “Srvena Zvezda” komandasını məğlub edərək (1:0, 2:0) mübarizədən kənarlaşdırıb və pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək. “Bayquşlar” ilk matçına səfərdə çıxacaq.
Son xəbərlər
Son Xəbərlər