İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu

islediyi-evden-10-min-ogurlayan-usta-tutuldu
Oxunma sayı: 632

Paytaxtın Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.