“Forumun əsas mövzusu məhz hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənlərinə həsr olunub. Mənzil sosial məsələ ilə yanaşı, həm də sosial, iqtisadi və iqlim məsələsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib.
Onun sözlərinə görə, hazırda dünyada əhalinin artımı müşahidə edilir, bu isə mənzil sahəsində müəyyən çağırışlar yaradır və bu məsələ vahid həllər tələb edir.
A. Quliyev vurğulayıb ki, nazirlər görüşü artıq transformasiya yolu keçərək interaktiv formata keçib:
“Bugünkü görüş əldə edilmiş nailiyyətləri təhlil etmək üçün əla fürsətdir. Bu həmçinin BMT-nin ümumi iclası üçün hazırlıq görüşüdür”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər