“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda “Zirə” ilə keçirilən gərgin oyundan (1:1) sonra sosial şəbəkə hesabında hakim qərarına etiraz edib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq həm baş hakim İnqilab Məmmədovu, həm də VAR hakimlərini hədəf alıb.
Klub paylaşımında “Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın “gözündən yayındı”. Yoxsa elə ssenari bu imiş?” qeydini də əlavə edib.
Xatırladaq ki, məhz bu qola və qərarın dəyişməməsinə etiraz etdikləri üçün baş məşqçi Yuri Vernidub və texniki zonada yer alan bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan qovulmuşdular.
Son xəbərlər
Son Xəbərlər