Bütün istifadəçilər üçün videozəng funksiyası yaradıldı

butun-istifadeciler-ucun-videozeng-funksiyasi-yaradildi
Oxunma sayı: 1276

“X” sosial şəbəkəsinin bütün istifadəçiləri üçün yeni imkanlar yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, artıq bütün istifadəçilər audio və videozəng funksiyalarından istifadə edə biləcəklər.

Bunun sayəsində istifadəçilər telefon nömrələrini bir-birinə vermədən dünyanın hər yerindən insanlarla söhbət edəcəklər.

Qeyd edək ki, bu funksiya ilk dəfə keçən ilin oktyabrında yalnız premium hesab sahibləri üçün keçərli idi.