Paşinyanla Blinken telefonla danışdı

pasinyanla-blinken-telefonla-danisdi
Oxunma sayı: 1561

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.