Cavanşir Məmmədov dəfn olundu - Fotolar+Yenilənib

cavansir-memmedov-defn-olundu
Oxunma sayı: 37441

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.

Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

***

Mərhum bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər.